Avropa Birliyi yeni hərbi blok yaratmalıdır

  • By admin
  • 14 Sentyabr 2016 16:20
avropa
Avropa Birliyi yeni hərbi blok yaratmalıdır.
Gununsesi.info xəbər verir ki, belə bir bəyanatla Avropa Komissiyasının sədri Jan-Klod Yunker Strasburqda   Avropa Paralmentində AB-nin sosial-iqtisadi siyasətinin prioritetləri ilə bağlı illik  məruzəsi zamanı deyib: “Lissabon müqaviləsi AB ölkələrinə özlərinin daimi  fəaliyyət göstərən   hərbi struktur yaratmağa imkan  verir. Hesab edirəm ki, artıq bu imkandan istifadə etmək üçün zaman yetişib”.
Yunker  deyib ki, AB ölkələri arasında  hərbi sahədə əməkdaşlıq qaneedici səviyyədə deyil. “Hansı ki,  bu Avropada  20 milyodan 100 milyonadək başa gəlir. Avropanın təhlükəsizliyini təmin  etmək üçün müdafiə sənayesi üzrə öz innovativ imkanlarımızı sübut etməliyik, Ona görə də, ilin sonunadək müdafiə qabliyyətli innovativ ideyaları dəstəkləmək məqsədi ilə Avropanın müdafiə fondunun yaradılmasını təklif edirik”- deyə, J.K Yunker əlavə edib.
Avrokomissar  onu da deyib ki, bu məqsədlə vahid mülki və hərbi qərargah yardılmalıdır. “AB artıq “bir böyük gücdən”  və digər ölkələrin  hərbi güclərindən asılı ola bilməz”- o, qeyd edib.
Gununsesi.info