
Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən cüdo üzrə Avropa açıq çempionatı başa çatıb.
Azərbaycan Cüdo Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, yarışda əsas heyətlə çıxış etməyən Azərbaycan millisi bu gün aktivinə daha 2 medal yazdırıb. Ağır çəkidə mübarizə aparan Cəlil Şükürov gümüş, 81 kq çəki dərəcəsində yarışan Fəqan Quluzadə isə bürünc medal qazanıb. Beləliklə millimiz Serbiya turnirində 1 gümüş, 4 bürünc medala sahib olub.
Anar
Gununsesi.info