Avropa çempionatının kuboku Bakıda

  • By admin
  • 15 İyun 2022 19:15

Minifutbol üzrə Avropa çempionatının kuboku Bakıda nümayiş olunub.

Gununsesi.info xəbər verir ki, Avropa çempionatı zamanı milli komandamızın qazandığı kubok xüsusi avtobusda şəhərin əsas hissələrində göstərilib.

Saat 16:30-dan etibarən Hüseyn Cavid parkının yanından yola düşən avtobus və milli komandanın üzvləri, eləcə də azarkeşlər şəhər turu çərçivəsində “Flame Towers”, Qoşa Qala qapısı, Qız qalası, Azneft meydanı və Bayraq meydanı istiqamətində marşrut üzrə hərəkət edib.

Avtobus Zəfər Parkı ilə hərəkət edərək Ağ Şəhər Bulvarında dayanacaq.

Gununsesi.info