Avropa daha 42 mühaciri deportasiya elədi

  • By admin
  • 16 Fevral 2022 20:13

Fevralın 15-də Avropa ölkələrindən 42 mühacir Azərbaycana deportasiya olunub. Onların 39 nəfəri Almaniyadan, 3-ü Avstriyadan olub.

Bu barədə Gununsesi.info-ya Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mühacirlərin ölkəyə qaytarılması prosesi “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib. Almaniyadan Azərbaycana ötən ilin noyabrın 26-da 43 nəfər deportasiya edilmişdi. Deportasiya olunanlardan siyasi fəallar Malik Rzayevə və Mütəllim Orucova Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.

Onlara bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

 

Gununsesi.info