
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) payızda baş verə biləcək ikinci böyük koronavirus dalğası üçün Avropanı hazırlı olmağa çağırıb.
Gununsesi.org xəbər verir ki, ÜST-ün Avropa üzrə regional direktoru Dr. Hans Klaq Avropada on minlərlə insanın ölümünə səbəb olan koronavirus epidemiyası ilə bağlı açıqlama edərək payızda Avropada yeni qrip və ya qızılca dalğasının da gözləndiyini dilə gətirib.
“İndi qələbəni qeyd etmək yox, hazırlıq görmək zamanıdır” deyən direktor yoluxma sayının azalmasının epidemiyanın qısa müddətdə bitəcəyi anlamına gəlmədiyini söyləyib.
Koronavirus səbəbi ilə bəzi ölkələrin qoyduğu məhdudiyyətləri aradan qaldırdığını söyləyən Klaq bunun doğru verilməyən bir qərar olduğunu dilə gətirib.
Gununsesi.org