
Avropa İttifaqı Böyük Britaniyadan qurumdan çıxması nəticəsində gömrük rüsumları hesabına Brüsselin büdcəsində yaranan itkiyə görə 2 milyard Avro həcmində kompensasiya tələb etmək niyyətindədir.
Gununsesi.info “The Times”-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın dəstəyi nəticəsində çinli çinayətkar işbaz qrupların vergi və gömrük rüsumlarını toplamaq və bu qanunsuzluğun qarşısını almaq mümkün deyil. Belə ki, Böyük Britaniyanın Duvr və Felikstou limanları vasitəsi ilə Çindən Avropa İttifaqı ölkələrinə idxal olunan mallar hesabına sistematik olaraq qiymətlər dəyişir. Bunun nəticəsində milyardlarla funt sterlinq gömrük və vergidən yayınma halları baş verir.
Bu dələduzluqdan Böyük Britaniya məlumatlı olsa da, dələduzluq faktları davam etməkdəri. Ona görə də yaranmış vəziyyət Londonla Brüssel arasında gələcək ticari əlaqələrinin qurulması zmanı müzakirə olunacaq.
Times mətbu orqanı onuda yazıb ki, Britaniyada Çinin beynəlxalq səviyyəli cinayətkar dəstəsi fəaliyyət göstərir və onların qanunsuz fəaliyyəti nəticəsində Britaniya limanları vasitəsi ilə son üç ildə Avropa ittifaqına Çindən mal idxalı üç dəfə artıb.
Gununsesi.info












