Avropa İttifaqı bu təşkilatı terrorçuların siyahısından çıxardı

  • By admin
  • 13 Noyabr 2017 23:25


Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) Avropa İttifaqının terrorçular siyahısından çıxarılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə qurumun sözçüsü Vircinie Battu məlumat verib.

Qeyd edək ki, 50 il davam edən silahlı münaqişədən sonra 24 noyabr 2016-cı ildə FARC lideri Rodriqo Londono və Kolumbiya prezidenti Xuan Manuel Santos arasında sülh müqaviləsi imzalanmışdı. Bu il martın 1-dən etibarən isə FARC üzvləri silahlarını təhvil verməyə başlamışdı.

Prosesin müsbət nəticələndiyini nəzərə alan Avropa İttifaqı da FARC-ı terror təşkilatları siyahısından çıxrıb.

Gununsesi.info