Avropanın ən hündür binasının inşası bu il yekunlaşacaq

  • Müəllif: admin
  • 05 Avqust 2017 17:30

moskva1

Moskvada Avropanın ən hündür göydələninin – “Moskva-Siti” kompleksində yerləşən “Federasiya” qülləsinin inşasının bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Gununsesi.info xəbər verir ki, bu barədə Moskva merinin müavini məlumat verib. Hündürlüyü 374 metr olan “Federasiya” qülləsi “Moskva-Siti” işgüzar mərkəzinin flaqman layihəsidir. Göydələn iki qüllədən ibarətdir: 63 mərtəbəli qüllə və 95 mərtəbəli “Şərq” qülləsi. İki qüllə ticarət mərkəzi yerləşən daha bir bina ilə birləşdirilib.

Ümumiyyətlə, “Moskva-Siti” kompleksinin bütün obyektlərinin tikintisinin 2019-cu ilədək başa çatdırılması nəzərdə tutulur.

 

Gununsesi.info