Avstraliyanın xarici işlər naziri Rusiyanı Əsədə dəstəyi dayandırmağa çağırıb

  • Müəllif: admin
  • 10 Aprel 2017 09:08

Avstraliyanın xarici isler naziri Culi Bisop

Avstraliyanın xarici işlər naziri Culi Bişop Rusiyanı Qərb ölkələri ilə birlikdə Suriya problemini həll etmək üçün Prezident Bəşər Əsədə dəstəyi dayandırmağa çağırıb.

Gununsesi.info AZƏRTAC-a istinadən bildirir ki, “Seven Network” telekanalının efirində çıxış edən C.Bişop deyib: “Bu narahat torpağa hər hansı sülh gətirəcək siyasi qərarın hazırlanması üçün Rusiyanın Əsədə dəstəyi dayandırmasının vaxtı çatıb”.

Nazir bildirib ki, Avstraliya hökuməti ABŞ-ın Əsədə dəstəyi dayandırması üçün Rusiyanı inandıra biləcəyinə ümid edir. C.Bişop ABŞ-ın Suriya hərbi bazasına zərbəsini kimyəvi silahla əlaqədar hadisəyə “müvafiq cavab” adlandırıb.

Gununsesi.info