
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD həftənin bazar ertəsi və çərşənbə axşamı günlərində Mosulun onların nəzarəti altında olan hissəsindən qaçmağa çalışan 140 vətəndaşı qətlə yetirib. Açıqlamada bildirilir ki, cəsədlər Mosulun qərbindəki İslah Zirai və Tənək bölgələrində elektrik dirəklərindən asılmış halda tapılıb. BMT-nin veriyi məlumata görə, Mosulun qərbindəki ərazidə 600 min vətəndaş qapalı şəkildə saxlanılır. Bu vətəndaşlar İŞİD-in ölüm təhdidlərinə görə həmin ərazini tərk edib təhlükəsiz yerə gedə bilmirlər.
Mosulun şərqində isə İraq Ordusunun təhlükəsizlik qüvvələri 24 yanvardan etibarən beynəlxalq koalisiyanın dəstəyi ilə nəzarəti öz əlində saxlamağı bacarıb.
Gununsesi.info












