
Parisdə avtomobil restorana çırpılıb.
Nəticədə xəsarət alanlar olub və onların sayı 12-yə çatıb.
Gununsesi.info-nun xarici mediaya istinadən məlumatına əsasən, yaralılardan 4-ün vəziyyəti ağırdır. İnsident zamanı yeniyetmə qızın öldüyü təsdiqlənib.
Avtomobilin sürücüsü saxlanılıb. Onun bir neçə gün əvvəl intihara cəhd etdiyi bildirilir. Yerli polis hadisənin terror olmadığını qeyd edib.
***
Son məlumata görə isə hadisə nəticəsində 8 yaşlı uşaq həlak olub,
Gununsesi.info










