
Milli Məclisin üzvü Rasim Musabəyovun yeraltı keçiddə pop-korn satan uşağın çörəyinə bais olması sosial medianın müzakirə mövzusu olaraq qalmaqdadır.
Deputatı qınayanlar arasında sadə insanlarla yanaşı həmkarları da var.
Gununsesi.org xəbər verir ki, YAP çı deputat Aydın Mirzəzadə Rasim Musabəyovun hərəkətlərini qınayıb.
Deputat yazır: “Azneft” meydanının altındakı yeraltı keçiddəki popkorn satan uşaq məsələsi məni çox təsirləndirdi. O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi. Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi.
Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, qoy verdiyimiz puldan ona həmin gün azacıq da olsa pul qalaydı.












