Azər Rəşidoğludan Müsavat başqanlığına namizədlərə təklif - SUAL GÜNÜ ELAN EDİN

  • By admin
  • 18 Sentyabr 2019 12:34

Ölkənin ana müxalifət partilarından olan Müsavat qarşıdakı qurultayında özünə başqan seçəcək. Hazrki başqan Arif Hacılı ilə yanaşı bu posta iddialılar arasında keçmiş siyasi məhbuslar Tofiq Yaqublu və Yadigar Sadıqlı da var.

Gununsesi.org xəbər verir ki, siyasi şərhçi Azər Rəşidoğlu Müsavat başqanlığına iddia edənlərə təklif verib.

O, yazır:

Müsavatın yeni başqanı kim olacaq?

Bu sual yalnız müsavatçıları deyil, ölkənin siyasi fəallarını maraqlandırır. Başqanlığa namizədlərə təklif edirəm ki, facebookda “sual günü” elan etsinlər və ekspertlər onları düşündürən sualları verə bilsinlər. Gizi səsvermə, başqanlığa namizədlərə qoyulan məhdudiyyətlər(eyni şəxsin iki dəfədən artıq başqan seçilmək hüququnun olmaması) təqdirəlayiqdir. Lakin bir çox ekspertlərin aparıcı partiyalardan biri olan Müsavatın gələcək rəhbərinə sualları var. İnanıram ki, təklifim qəbul ediləcək. P.S. Digər aparıcı partiya liderlərinə də ekspertlərin sualalrı var. Odur ki, onlardan da “sual günü” gözləyirik. Trolların təhqirinin qarşısını almaq üçün tanınmış imza sahibləri və ictimai- siyasi fəallardan başqa digər şəxslərin sualları qəbul edilməyə də bilər. Sualı müstəqil ekspertlər, partiya fəalalrı və onların rəqibləri versə qaranlıq məqam qalmaz. Lakin təhqir yazanların dərhal blok ediləcəyi öncədən elan edilməlidir”.

Gununsesi.org