Azərbaycan Dövlət Pedaqoji Universitetində “Diaspor dərsi” keçirilib - FOTOLAR

  • By admin
  • 08 May 2017 14:18

unnamed (7)

Azərbaycan Dövlət Pedaqoji Universitetində Diaspor Jurnalistləri Birliyinin könüllü olaraq icra etdiyi “Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində tədbir keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şuşanın işğalının ildönümü ilə bağlı Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olanların ruhnu bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin dekanı Şahin Pənahov  iştirakçıları və qonaqları salamlayıb, layihənin ADPU-də keçirilməsindən məmnunluğunu ifadə edib.

Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə layihənin məqsədindən danışaraq əsas hədəflərin tələbə-gənclərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirmək olduğunu qeyd edib.

Daha sonra Misirdəki Azərbaycan Diasporu təşkilatının sədri Ramil Niftalıyev, Türkiyə Azərbaycan evinin icraçı direktoru, diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistrı, gənc politoloq Elvin Babayev və Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirlinin çıxışları maraqla dinlənilib.

Çıxış edənlər məlumat və maarifləndirmə xarakterli “Diaspor dərsi”ində mərhumprezident Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsində rolu, Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı məruzələr ediblər.

Tədbirdə ADPU-nun məzunu və hazırda Almaniyanın Volkshochschule Braunschweig Ali Məktəbinin dosenti və Stadt Braunschweig Migrasiya idarəsində Layihə rəhbəri kimi çalışan Şəfəq Azərin də videomüraciəti nümayiş olunub.

Xatırladaq ki, DJB tərəfindən könülü olaraq Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Texniki Universitetində də “Diaspor dərsi” keçirilib.

unnamed (10) unnamed (9) unnamed (8)

Gununsesi.info