Kıvanç Tatlıtuğdan qadın həmkarına qarşı hörmətsizlik - VİDEO

  • By admin
  • 08 May 2017 14:24

kivanc-2

“Cesur ve Güzel” serialının erkən final edəcəyi yenidən gündəmə gəlib.

Gununsesi.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, serialın baş qəhrəmanlarını canlandıran Tuba Büyüküstün və Kıvanç Tatlıtuğ arasında problem yaşanıb.

Belə ki, Kıvanç Tatlıtuğ çəkiliş meydançasında 3 saat gecikib və bu vəziyyət Tubanı özündən çıxarıb. Yaradıcı heyətə əsəbiləşən aktrisa çəkiliş məkanını tərk edib.

Bundan əvvəl də Tuba Kıvança görə bir neçə dəfə çəkiliş meydançasında gözləməli olub. Lakin son zamanlar Onur Saylakla boşanma ərəfəsində olan aktrisa artıq buna dözə bilməyib.

Serialın kulisinə yaxın olan mənbələr bildirib ki, belə davam edərsə, “Cesur ve Güzel” vaxtından əvvəl bitəcək.

Gununsesi.info