Azərbaycanda 9 ayda 374 nəfər QİÇS-ə yoluxub

  • By admin
  • 14 Oktyabr 2016 17:26

ivv
Cari ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 374 nəfər təşkil etmişdir ki, onlardan 365-i (97,5%) Azərbaycan vətəndaşı, 9-u (2,5%) isə əcnəbilərdir.

Gununsesi.info Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata istinadən xəbər verir ki, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1988-ci ildən 01 oktyabr 2016-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6003 nəfər qeydiyyata götürülüb. Onlardan 5803-ü (97%) Azərbaycan vətəndaşı, 200-ü (3%) isə əcnəbidir. İİV-ə yoluxmuş insanların 4459-u (74,3%) kişi, 1544-ü (25%) qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 6003 nəfərdən 2885-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 2135 (74,5%) nəfər dispanser qeydiyyatındadır.
01.10.2016-cı il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 3346 nəfər təşkil etmişdir ki, onların da 1561 nəfəri İNİ – olub. Cari ilin 9 ay ərzində isə ART-yə cəlb olunan 386 pasiyentdən,102 nəfərində İNİ aşkar edilib.

2016-cı ilin 9 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 20056 nəfər keçib. Onlardan 715 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunmuş və 358 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülüb.

Həmçinin, car ilin 9 ayı ərzində 2083 nəfər stasionar müalicəyə qəbul olunmuşdur ki, onlardan 890 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 970 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları”(F11) diaqnozu ilə müalicəyə qəbul edilib.

Eyni zamanda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 197 xəstə müalicə alır. Onlardan 145 nəfəri Respublika Narkoloji Mərkəzdə, 52 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir.

Anar
Gununsesi.info