Azərbaycanda koronavirusa yoluxan 15 nəfər var — RƏSMİ

  • By admin
  • 14 Mart 2020 12:13

“Hazırda koronavirusa yoluxan 15 nəfər var”.

 

Gununsesi.org xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ.Məmmədov bildirib ki, koronavirusa yoluxan bir nəfər dünyasını dəyişib.

Bildirilib ki, indiyədək respublikamızda koronavirusa yoluxan 3 nəfər sağalıb.

Qeyd edək ki, bu günədək Azərbaycanda 19 şəxsdə koronavirus aşkarlanıb. Onlardan 3 nəfəri sağalıb, 1 nəfər vəfat edib, 15 nəfər isə müalicə olunur.

Gununsesi.org