Azərbaycanla Türkmənistan arasında Xəzərin hüquqi statusu müzakirə ediləcək

  • By admin
  • 08 Avqust 2017 10:36

15021705953857621237_1000x669-768x510

Türkmənistan prezidenti Bakıda iqtisadi-ticari əlaqələrin  diversifikasiyası və intensivləşdirilməsini müzakirə edəcək. Azərbaycana iki günlük rəsmi səfərə gələn Türkmənistan prezidenti Qurbanqulı Berdımuhamedov bu gün Bakıda Azərbaycan prezidenti ilə keçirəcəyi görüşdə daha çox ikitərəfli effektli əlaqələrin qurulmasına diqqət yetirəcəklər.

Gununsesi.info tdh.gov.tm-ə istinadən xəbər verir ki, qonşu olan bu ölkələr Avropa və Asiyanı birləşdirən müasir transkontinental kommunikasiya dəhlizi layihələrinin, xüsusən də quru, dəniz marşrutlarının beynəlxalq logistik infrastruktura interqasiyası baxımından mühüm rola malik olmaqla yanaşı bu istiqamətdə birgə effektli səylər göstərirlər.

Səfər zamanı tərəflər üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri olan Xəzər dənizinin hüquqi statusu və bu məsələdə iki ölkənin mövqelərinin yaxınlaşdırılması məsələsinə də toxunulacaq.

Tərəflərin görüşündə eyni zamanda, ənənəvi olaraq humanitar sahədə, xüsusən də elm, mədəniyyət, qarşılıqlı olaraq idman və turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi diqqət mərkəzində olacaq.

Dövlət başçılarının görüşünün yekunu olaraq iki ölkə arasında gələcək əməkdaşlığın inkişaf istiqamətlərini müəyyən edən bir sıra ikitərəfli sənədlər imzalanacaq.

Mürtəza

Gununsesi.info