“Azəravtoyol”a 3 milyon manat ayrıldı

  • By admin
  • 15 İyun 2017 20:08

ilham

Prezident İlham Əliyev Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci–On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Gununsesi.info-nun xəbərinə görə, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan on səkkiz min nəfər məcburi köçkünün məskunlaşdığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci–On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3 milyon manat ayrılıb.

Gununsesi.info