Azərbaycan Fətullah Gülən tərəfdarlarına qarşı tədbirlərini görür -Nazir

  • By admin
  • 25 İyul 2016 10:30

movlud

 

Türkiyə Qırğızstan hökumətinə çağırış etdi: “Fətullah Gülən ideologiyasının tərəfdarlarına qarşı tədbirləri həyata keçirin. Sonra gec olacaq. Artıq Azərbaycan və digər ölkələr Fətullah Gülən camaatına qarşı tədbirlərini görməkdədir”. Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir bəyan edib ki. artıq dünyanın bir sra ölkələri Türkiyəni bu məsələdə dəstəkləyib. “Bu ölkələr də Fətullah Güelənlə əlaqəsi olan təşkilatları bağlayırlar. Somali Gülənçilərə ölkəni tərk etmək üçün bir həftə vaxt verib. Şimali Kipr FETÖ-nu terrorçu təşkilat kimi tanıyıb.

Azərbaycanda və digər ölkələr də analoji olaraq belə addmlar atrılar”-deyə, nazir vurğulayıb. Nazir onu da əlavə edib ki, Qırğızstanın Xarici işlər naizirinə zəng vurdum. “Bildirdim ki, əgər Fətullah Gülən tərəfdarlarına qarşı mövqeyinizdə dəyişiklik olmayacaqsa, o zaman bizim münasibətimizdə dəyişiklik olacaq. Biz də zamanında onlara yardım etdik. Biz məktəb və təhsil məsələsini Qırğız həmkarımla müzakirə etdik. Ancaq palnlarımız başqa cür alındı”-deyə, M. Çavuşoğlu qeyd edib.

Gununsesi.info