Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

  • By admin
  • 17 Fevral 2018 13:15

London şəhərində Azərbaycan Respublikası və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, tədbirdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, eləcə də regional təhlükəsizlik və digər maraq doğuran məsələlər müzakirə olunub.

Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2018/2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

Gununsesi.info