Azərbaycan millisi Avropa çempionatının komanda yarışlarında birinci yeri tutdu

  • By admin
  • 19 İyun 2017 10:22

02

Zaqrebdə veteran cüdoçular arasında keçirilən Avropa çempionatının komanda yarışları da millimiz üçün uğurlu olub.

Gununsesi.info Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, 30-40 yaş kateqoriyası üzrə komanda yarışında mübarizə aparan Azərbaycan millisi bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Qeyd edək ki, fərdi yarışlarda veteran cüdoçularımız 4 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar.

Anar

Gununsesi.info