Cüdoçumuz Meksikada gümüş medal qazandı

  • Müəllif: admin
  • 19 İyun 2017 10:16

01

Meksikada “Kankun Qran-Pri” yarışı Azərbaycan cüdoçusu Tural Səfquliyev üçün uğurlu olub və o, yarışda gümüş medal qazanıb.

Gununsesi.info Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan təmsilçimiz Çili, Rumıniya və ABŞ idmançılarına qalib gələrək finala çıxıb. Beynəlxalq turnirin həlledici qarşılaşmasında İspaniya cüdoçusu Nikoloz Şerazadaşviliyə məğlub olan Tural Səfquliyev “Meksika Qran-Pri”sində 2-ci yeri tutub.

Digər iki cüdoçumuz – Rüfət İsmayılov və Cəlil Şükürov ilk görüşdə rəqiblərinə uduzublar.

Anar

Gununsesi.info