Azərbaycan millisinin məşhur güləşçisi İŞİD-in tərkibində öldürüldü - ŞOK

  • By admin
  • 29 Sentyabr 2016 11:15

camsulvari

Dağıstanlı güləşçi, Azərbaycan yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayev haqqında şok iddia ortaya atılıb.

Gununsesi.info kavkaz-uzel.eu saytına istinadən xəbər verir ki, yayılan məlumatlara görə o, İraqda öldürülüb.

İŞİD terror təşkilatının sıralarında döyüşən idmançı Mosul şəhərində güllələnib.

Güləşçinin həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.

Qeyd edək ki, Çamsulvara Çamsulvarayev Avropa çempionu, dünya çempionatının gümüş və bürünc mükafatçısı olub.

Gununsesi.info