Azərbaycan nefti ucuzlaşdı

  • By admin
  • 02 İyul 2016 11:33

neft

Azərbaycan nefti cüzi ucuzlaşıb. Gununsesi.info xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,45 dollar və ya 0,90% azalaraq 50,11 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Gununsesi.info