Azərbaycan parlamentinin 100 illiyi münasibətilə medal təsis olunur

  • Müəllif: admin
  • 03 Aprel 2018 13:05

Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı medal təsis olunacaq.

Gununsesi.info məlumatına görə, bunu spiker Oqtay Əsədov bildirib.

O qeyd edib ki, yaxın vaxtlarda bununla bağlı Milli Məclisdə sənəd müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, bu il Azərbaycan parlamentinin 100 yaşı tamam olur.

Gununsesi.info