“Orden və medalları yığışdırıb, əvəzində insanlara pul mükafatları vermək lazımdır” - FAZİL MUSTAFA

  • Müəllif: admin
  • 03 Aprel 2018 13:12

“Keçmiş sovet ənənəsinin ən çox yaşadığı dövlət Azərbaycandır”. 

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı  Fazil Mustafa  Azərbaycan Respublikasının “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanun dəyişiklik edilməsi münasibətində deyib. 

F.Mustafa çoxlu sayda medalların təsis edilməsinə etiraz edib.

Deputat  qeyd edib ki, məsələn Mendeleyevin  bəzi maddələri Bakıda kəşf edilməsini öz adımıza bağlaya bilmərik: “Bakıya niyə qəhrəman şəhər adını niyə vermirlər deyə müzakirələr var idi. Bakıya Rusiyanın qəhrəman şəhəri adı verilməli idi?”

Deputat təklif edib ki,  insanlara gördükləri işlərin müqabilində pul vermək, onları stimullaşdırmaq lazımdır.

F.Mustafa hesab edir ki, insanlara bu qədər medal vermək olmaz:

“Bu qədər pulu niyə medala sərf etməliyik? Bu ənənənini dəyişməsinin tərəfdarıyam. Kiminsə Bakıda nəyisə kəşf etməsi Azərbaycanın adına yaza bilmərik.  Hamı titul arxasınca gedir”.

Spiker Oqtay Əsədov isə  etiraz edərək deyib ki, hər şeyi maddi marağa bağlamaq olmaz.

Daha sonra məsələyə münasibət bildirən deputat Siyavuş Novruzov deyib ki, hər bir  təltif   insana, onun ailəsinə, gələcəyinə olan diqqətdir:

“ Fazil Mustafa təklif edir ki, medal əvəzinə pul verilsin. Şöhrət Ordeninə görə nə qədər vəsait vermək lazımdır? Bunu necə müəyyənləşdirmək olar ?”

Deputat  hesab edir ki, dövlətin atributlarından biri olan titullar olmalıdır:

“Həm Milli Məclisdə fərqlənən əməkdaşları, onun  üzvlərini, bura gələn qonaqları təltif etməliyik. Bu dövlətçiliyin diqqətinin nümunəsidir”.

Deputat  Cavid Qurbanov  isə vurğulayıb ki, at yarışında at çapanda at sevinir ya onu çapan? Fərqlənən adamları fərqləndirmək lazımdır: “Yəni bu insan neçənci yeri tutubsa onu digərlərindən fərqləndirməyin bir forması olmalıdır”. 

Daha sonra Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov vurğulayıb ki, vaxtilə SSRİ-nin əsas günahı olub ki, Bakıya qəhrəman şəhər adı verilməyib: “Bunu da qısqanclıqdan ediblər”.

Mürtəza

Gununsesi.info