Azərbaycan tütün idxalını azaldıb

  • By admin
  • 23 İyun 2018 11:19

Bu ilin yanvar-may aylarında Azərbaycana 47,962 mln. ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Gununsesi.info “Report”a istinadən bildirir ki, Dövlət Gömrük İdarəsindən verilən məlumata görə, bu, 2017-cı ilin eyni dövrü ilə müqayisədə 11,04 mln. dollar və yaxud 18,7% azdır.

Beş ay ərzində tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 1,2%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 5,043 mln. dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 295 min dollar və yaxud 5,5% azdır.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,1%-nə bərabər olub.