Azərbaycana xaricdən gətirilən meyvədən xəstəlik tapıldı - Nazirlikdən XƏBƏRDARLIQ

  • By admin
  • 01 İyul 2016 13:13

gobelek

 

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti 1150 kiloqram Keniya mənşəli avokado meyvəsinin göbələk mənşəli xəstəliyə yoluxduğunu və mikotoksinlərin yüksək dərəcədə olduğunu müəyyənləşdirib.

KTN-in mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, meyvələr Niderland Krallığından Azərbaycana idxal olunub. Meyvənin qidaya yararsız olduğu bildirilib və dövriyyədən çıxarılması üçün “Təmiz Şəhər” ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilməsi qərara alınıb.