FHN-nin təyyarəsi yoxa çıxdı

  • By admin
  • 01 İyul 2016 13:24

teyyare

 

Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 təyyarəsi itib. Yanğın söndürən təyyarə ilə əlaqə səhər saatlarında kəsilib. Gununsesi.info xəbər verir ki, itkin düşən Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 təyyarəsi İrkutksk vialəytindəki genişmiqyaslı meşə yanğınlarını söndürməklə məşğul idi. “Təyyarının hansı şəraitdə və necə yoxa çıxması bəlli deyil. Təyyarənin bortunda 10 nəfər olub. Rusiya FHN itkin təyyarənin axtarışı üçün 100-ə yaxın xilasedici göndərib. Onlar təyyarənin axtarışı ilə məşğuldur.

 

Gununsesi.info