Azərbaycanda 400 Britaniya şirkəti fəaliyyət göstərir - ENERGETİKA NAZİRİ İKİ ÖLKƏ ARASINDAKI MÜNASİBƏTLƏRDƏN DANIŞDI

  • Müəllif: admin
  • 07 İyun 2018 22:39

“Azərbaycanda 400 Britaniya şirkəti fəaliyyət göstərir. Bu yaxınlarda açılışı reallaşan Cənub Qaz Dəhlizi layihəsi əməkdaşlığımızda və qlobal enerji təminatında yeni üfüqlər açır”.

GUNUNSESİ.İNFO-nun xəbərinə görə, bu sözləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov Böyük Britaniya kraliçası  II Yelizavetanın doğum günü münasibətilə Bakıda təşkil olunan qəbulda deyib. Onun sözlərinə görə, “Əsrin müqaviləsi”nin 2050-cı ilə qədər uzaldılması, yeni yataqların kəşfi ilə bağlı nəzərdə tutulan tədbirlər tərəfdaşlıq əlaqələrimizin yeni səviyyəyə qalxmasına xidmət edəcək: “Hər iki ölkə sülhün və qlobal təhlükəsizliyin təmin olunmasında sıx əməkdaşlıq edir. Əminəm ki, qarşılıqlı  faydalı əməkdaşlıq gələcəkdə daha da güclənəcək”.