Azərbaycanda irigövdəli ağac məhkəmə binasının üzərinə aşdı - VİDEO

  • By admin
  • 15 May 2023 14:02

İrigövdəli ağac məhkəmə binasının üzərinə aşıb.

Gununsesi.info xəbər verir ki, hadisə Göyçay rayonunda baş verib.

İrigövdəli ağac Göyçay Rayon Məhkəməsinin inzibati binasının üzərinə aşıb. Hadisə zamanı binanın damına ziyan dəyib.

Hadisə ilə bağlı video sosial şəbəkələrdə paylaşılıb.

Həmin görüntüləri təqdim edirik:

Gununsesi.info