Azərbaycanda şəhərlərarası sərnişindaşımada hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq.
Bu barədə Gununsesi.info Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən məlumat verir.
Sərnişinlərin onlayn rejimdə daha uzunmüddətli dönəm üçün və hər iki istiqamətdə (gediş və dönüş) bilet əldə etməsi prosesinin reallaşdırılması “Avtomobil nəqliyyatı-yeni tənzimləmə konsepsiyası” layihəsinin əsas tərkib hissəsidir. Bu məqsədlə Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Vahid elektron bilet” proqram təminatı üzərində təkmilləşdirmə işlərinə başlayıb. Bu layihənin nəticəsi olaraq şəhərlərarası sərnişindaşımada onlayn dispetçer xidməti vasitəsilə hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq.