Azərbaycanda şagird məktəbdə bıçaqlandı

  • Müəllif: admin
  • 09 Oktyabr 2017 13:02

bicaq

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, rayon sakini, 2003-cü il təvəllüdlü Həsənov Mehman Vüqar oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 14 yaşlı məktəbli rayon 3 saylı orta məktəbində bıçaqlanıb. Onun kim tərəfindən bıçaqlandığı, hələ ki, məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info