Azərbaycanda şok statistika:  Altmış yaşdan sonra...

  • Müəllif: admin
  • 27 İyul 2017 21:47

bosanma
Azərbaycanda ötən il 60 və daha yuxarı yaşda boşanan kişilərin sayı 373, bu yaşlarda boşanan qadınların sayı isə 173 nəfər olub.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, ötən il 18 yaşında boşanan kişilərin sayı iki olub. 30-34 yaş qrupunda olan kişilər arasında boşanma daha çox qeydə alınıb. Belə ki, 30-34 yaş qrupunda 3198, 25-29 yaş arasında 2725, 35-39 yaşında 2288, 50-54 yaş qrupunda 746, 55-59 yaş qrupunda isə 448 kişi ayrılıb.

Ötən il 18 yaşında nikahı pozulan qadınların sayı 39, 19 yaşında ayrılanların sayı isə 132 olub.

Qadınlar arasında boşanma daha çox 25-29 yaş qrupunda (3453) qeydə alınıb.

20-24 yaş qrupunda 2348, 30-34 yaşında 2612, 35-39 yaş qrupunda 1614, 40-44 yaş qrupunda 1095, 45-49 yaşlarında 781, 50-54 yaş qrupunda 503, 55-59 yaş qrupunda isə 286 boşanma halı qeydə alınıb.

Qeyd edək ki, ötən il ümumillikdə 13 114 boşanma qeydə alınıb.

Gununsesi.info