Azərbaycanda zorlamaya görə ən çox bu yaşda gənclər TUTULUB

  • By admin
  • 13 Noyabr 2017 14:28
Azərbaycanda son 6 ildə zorlama faktına görə, həbs edilən 14-29 yaşlı gənclərin statistikası açıqlanıb.
Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, ümumilikdə son 6 ildə zorlama və zorlamaya cəhdinə görə, 65 nəfər 14-29 yaşlarında olan gənc həbs edilib. Bunlardan 28 nəfəri 18-24, 27 nəfəri isə 25-29 yaşlarında olan gənclərdir.
2011-ci ildə zorlama və zorlamaya cəhd zamanı 13 nəfər həbs edilib.
Onlardan 1 nəfəri 14, 2 nəfəri 16-17, 4 nəfəri 18-24, 6 nəfəri 25-29 yaşlarında olan gənclərdir.
2012-ci ildə zorlama və zorlamaya cəhd zamanı 7 nəfər həbs edilib.
Onlardan 4 nəfəri 18-24, 3 nəfəri 25-29 yaşlarında olan gənclərdir.
2013-ci ildə zorlama və zorlamaya cəhd zamanı 10 nəfər həbs edilib.
Onlardan 1 nəfəri 16-17, 8 nəfəri 18-24, 1 nəfəri 25 yaşlarında olan gəncdir.
2014-ci ildə zorlama və zorlamaya cəhd zamanı 11 nəfər həbs edilib.
Onlardan 1 nəfəri 16, 5 nəfəri 18-24, 5 nəfəri 25-29 yaşlarında olan gənclərdir.
2015-ci ildə zorlama və zorlamaya cəhd zamanı 18 nəfər həbs edilib.
Onlardan 7 nəfəri 18-24, 11 nəfəri 25-29 yaşlarında olan gənclərdir.
2016-ci ildə zorlama və zorlamaya cəhd zamanı 6 nəfər həbs edilib.
Onlardan 1 nəfəri 14, 4 nəfəri 18-24, 1 nəfəri 29 yaşlarında olan gəncdir.

Gununsesi.info