Azərbaycandan 800 Türkiyə vətəndaşı təxliyə edilib

  • By admin
  • 29 May 2020 18:14

Koronavirus pandemiyası ilə bağlı Azərbaycandan 800 Türkiyə vətəndaşı ölkələrinə təxliyə olunub.

Gununsesi.org xəbər verir ki, bu barədə Gununsesi.org BAKU.WS-in bölgə müxbirinə Türkiyənin Gəncədəki Baş Konsulluğundan məlumat daxil olub.

Məlumatda bildirilir ki, pandemiya təhlükəsi ilə bağlı təxliyə olunan şəxslər Azərbaycanın müxtəlif bölgələrində yaşayıb.

Türkiyə vətəndaşları təyyarə ilə ölkələrinə yola salınıb.

 

Gununsesi.org