Azərbaycanın elektrik enerjisi ixracı 2 dəfəyədək artıb

  • By admin
  • 14 Noyabr 2017 15:42

Bu ilin ilk on ayında Azərbaycandan 843 milyon 841 min kilovat/saat elektrik enerjisi ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) Gununsesi.info-ya verilən məlumata görə, yanvar-oktyabr aylarında ölkənin elektrik enerjisi ixracı 2016-cı ilin analoji dövrü – 449 milyon 938 min kilovat/saat ilə müqayisədə təxminən 2 dəfəyədək artıb.

Hesabat dövründə ixrac olunan elektrik enerjisinin dəyəri isə 37 milyon 259 min ABŞ dolları təşkil edib.

Gununsesi.info