Azərbaycanın və İtaliyanın üzgüçülük federasiyaları əməkdaşlıq edəcək

  • By admin
  • 02 Noyabr 2017 21:10

Azərbaycan Üzgüçülük Federasiyası və İtaliya Üzgüçülük Federasiyası Bakıda əməkdaşlıq haqqında memorandum imzalayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Trend-ə federasiyanın mətbuat xidmətindən məlumat verilib.

Memorandum gələcək əməkdaşlıq, məşqçilər üçün seminarların keçirilməsi, hər iki ölkədə idmançılar üçün təlim-məşq toplanışlarının keçirilməsi və Azərbaycanda üzgüçülüyün ümumi inkişafı kimi məsələləri nəzərdə tutur.

Bundan başqa sənəddə İtaliya tərəfinin Azərbaycanda su idmanı növləri üzrə turnirlərin keçiriləcəyi təqdirdə kömək göstərməsi, azərbaycanlı hakimlər üçün seminarların və onların İtaliyada turnirlərdə iştirakının təşkili kimi məsələlər yer alıb.

Memorandumu Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev və İtaliya Üzgüçülük Federasiyasının və Avropa Üzgüçülük Liqasının prezidenti Paolo Barelli imzalayıb.

Gununsesi.info