Azərbaycanlı deputat: Türkiyə və Azərbaycan ortaq ordu yaratsın

  • By admin
  • 03 Dekabr 2019 18:59
“Bu gün Azərbaycanla Türkiyənin bölgədə ortaq maraqları olduğundan, eyni zamanda regionda sülhün və sabitliyin təmin olunması məqsədi ilə birgə ordu yaratmalıdır”.

Gununsesi.org xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında deputat Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bölgədə birgə neft-qaz və nəqliyyat layihələri reallaşdırırlar, Ermənistan isə bu layihələrə açıq təhdiddir.

“Ermənistan dəfələrlə bu layihələri təhdid altında qoyan bəyantlarla çıxış ediblər. Hesab edirəm ki, həmin layihələrin təhlükəsizliyini təmin etmək məqsədi ilə ortaq ordu yaradılmalıdır. İkinci tərəfdən də Ermənistan terrorçu dövlət olaraq gələcəkdə Türkiyə necə ki, bu gün Suriyadan gözlənilən təhdidlərin qarşısını almaq məqsədi ilə “Zeytun budağı” və “Barış pınarı” əməliyyatı keçirir, sabah Ermənistandan olan təhdidlərin qarşısını almaq üçün belə bir əməliyyatın keçirilməsi üçün birgə ordunun yaradılması zəruridir. Ümumiyyətlə bölgədə sülhü, sabitliyi təmin etmək üçün  ortaq ordunun yaradılması zəruridir. Bölgədə artıq belə bir nümunə var. Ermənistan Rusiya ilə ortaq ordu yaradıb. Biz də buna uyğun olaraq inkişafımızı, təhlükəsizliyimizi təmin etmək, ölkələrimiz arasında inteqrasiya proseslərini təmin etmək üçün ortaq ordu yaratmalıyıq”, – F.Quliyev deyib.

Gununsesi.org