Azərbaycanlı gənc Ukrayna ordusuna ət yardımı edib – VİDEO

  • By admin
  • 09 Mart 2022 17:00

Ukraynada yaşayan azərbaycanlı gənclər Ukrayna ordusu və özünümüdafiə qüvvələrinə yardım məqsədilə ət paylayıb.

Gununsesi.info xəbər verir ki, təşəbbüs “Birlik” Odessa azərbaycanlıları diaspora təşkilatının gənclər qolunun sədri Şamxal Quliyev tərəfindən həyata keçirilib.

Belə ki, azərbaycanlı gənc ailəsinin və özünün şəxsi təşəbbüsü ilə Ukrayna ordusu və özünümüdafiə qüvvələrinə 500 kiloqrama yaxın ət yardımı edib. Soydaşımız uzun illərdir yaşadığı Ukraynanın müdafiəsinə qalxan hərbçilərə təşəkkür edərək, öz dəstəyini bu şəkildə ifadə edib.

Gununsesi.info