Azərbaycanlı hücumçu xarici kluba keçir

  • Müəllif: admin
  • 19 May 2019 18:45

 

Futzal üzrə Azərbaycan çempionu olan “Araz” klubu hücumçusu ilə yollarını ayırıb.

Gununsesi-nin  məlumatına görə, Azərbaycan millisinin də formasını geyinənXətai Bağırov karyerasını ölkə xaricində davam etdirməyə qərar verib.

Bu gün Taylanda yola düşən X. Bağırov “Sisaket” klubu ilə 6 aylıq müqavilə imzalayacaq. Hazırda yaxşı günlərini yaşamayan klub uğursuzluq zolağından çıxmaq üçün Xətai Bağırovla bərabər braziliyalı futzalçıları da transfer edəcək.