
Estoniyanın Tartu şəhərində keçirilən “Torpaq islahatının aparılması – çağrışlar və ən yaxşı təcrübələr” (Conducting Land Reform – Challenges and Best Practices) mövzusunda oktyabrın 27-28-i seminar keçrilib. Seminarda Azərbaycanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Ramil Hüseyn təmsil edib.
Bu haqda Gununsesi.info-ya Mərkəzin mətbuat xidmətindən məlumat verilib. Belə ki, tədbiri Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi Avropa Komissiyası, Estoniya Bioloji Elmlər Universiteti və Estoniya Kənd İşləri Nazirliyi ilə birgə təşkil edib.
Seminarın keçirilməsində məqsəd torpaq islahatının cari vəziyyəti, ən yaxşı təcrübələr, torpaq idarəetməsinin təkmilləşdirilməsi sahəsində təcrübələrin bölüşülməsidir. Seminarda çıxış edənlər Estoniya, Latviya, Litva və Almaniyanın Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri ilə təcrübələrini bölüşüblər.
İİTKM-nin analitik eksperti R.Hüseyn seminarda Kənd Təssərrüfatı Nazirliyinin nümayəndləri ilə birgə hazırladığı təqdimatı iştirakçılara təqdim edib.
Gülnaz Qənbərli
Gununsesi.info












