Azərbaycanlılar daha çox bu ölkələrə köçür - SİYAHI

  • By admin
  • 05 Avqust 2017 00:10

75af5763e55719800f934b47d9012571

Rusiya şəksiz liderdir

Azərbaycana ötən il daimi yaşamaq üçün daha çox Gürcüstandan gəlinib.

Gununsesi.info bildirir ki, musavat.com Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, ötən il daimi yaşamaq üçün Azərbaycana gələnlərin 35,1 faizi Gürcüstan, 28,1 faizi Rusiya, 6,6 faizi Türkiyə, 4,5 faizi İran, 4,1 faizi Qazaxıstan, 3,9 faizi Ukrayna, 17,7 faizi isə digər ölkələrdən olub.

Daimi yaşamaq üçün Azərbaycandan gedənlərin 47,7 faizi Rusiya, 29,3 faizi Qazaxıstan, 5,7 faizi Türkiyə, 3,6 faizi Belarus, 1,7 faizi Ukrayna, 1,6 faizi ABŞ, 10,4 faizi isə digər ölkələrin payına düşüb.

Gununsesi.info