“Azərpoçt”un baş direktoru işdən çıxarıldı - SƏBƏB...

  • Müəllif: admin
  • 27 Noyabr 2017 09:40

“Azərpoçt” MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.

“Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib”, – deyə mənbə vurğulayıb.

Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.

“Azərpoçt” MMC-nin mətbuat katibi Günel Gözəlova isə  bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.

Maraqlıdır ki, “Azərpoçt” MMC-nin rəsmi saytında “Rəhbərlik” bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.

Xatırladaq ki, Ü.Mansurov “Azərpoçt” MMC-dən öncə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.

Gununsesi.info