“AZAL-da təyyarə biletinin qiyməti 14 günlük müalicədən baha başa gəlir”- deputat şikayətləndi

  • By admin
  • 25 May 2021 12:19

Deputat Razi Nurullayev AZAL-ın təyyarə biletlərinin bahalığına etiraz edib. 

Gununsesi.info xəbər verir ki, millət vəkili Milli Məclisdə çıxışında qeyd edib ki, AZAL-ın biletləri 14 günlük müalicədən baha başa gəlir: “Gəlin normal dövlət quraq.

AZAL dövlət şirkətidir. O, vətəndaşlara qarşı belə etməməlidir. Əgər biletlərin qiyməti aşağı düşməsə biz daha kəskin çıxışlar edəcəyik”.