
Yəmənə hücumları davam etdirən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus təyyarə qəzaya uğrayıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində pilot Məhəmməd Əli ən-Nakabi ölüb.
Hadisənin texniki nasazlıq səbəbindən baş verdiyi açıqlanıb.
Qeyd edək ki, Yəməndə 26 mart 2015-ci ildən etibarən Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiya qüvvələri tərəfindən hücumlar hərbi əməliyyatlar davam edir.
Gununsesi.info












