Bəhram Bağırov Makrona belə etiraz etdi -VİDEO

Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə Azərbaycanla Fransa arasındakı siyasi gərginliyi özünəməxsus şəkildə şərh edib.

Gununsesi.info  xəbər verir ki, o, “Instagram” hesabında video paylaşaraq Fransaya gedən qazı “bağladığını” söyləyib.

“Bildiyiniz kimi, Azərbaycandan Avropaya qaz gedir. Həmin qaz borusu Bakı şəhərinin düz mərkəzindədir. Mən bu borunu bağlayacağam və Fransaya bu il qaz getməyəcək. Onlara soyuq olacaq və üşüyəcəklər” – deyə Bağırzadə deyib.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron çıxışında Ermənistana dəstək göstərərək “Azərbaycan Qarabağı işğal edib” – deyə açıqlama verib.

Prezident İlham Əliyev isə Makronun dediklərini “səhv və qəbulolunmaz” adlandıraraq “bundan sonra Fransa hökumətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması işində Fransanın hər hansı bir rol oynamasını mümkün görmürük” deyib.

Gununsesi.info