Bələdiyyə sədrindən şok açıqlama: FETÖ Türkiyədə “B” planını həyata keçirir

  • Müəllif: admin
  • 22 Avqust 2016 11:43

fatma shanin

15 iyulda Türkiyədə dövlət çevrilişini həyata keçirə bilməyən FETÖ “B” planını həyata keçirməkdədir.

Gununsesi.info “milliyet”-ə istinadən xəbər verir ki, bunu  Qaziantep Böyükşəhər Bələdiyyə Başkanı Fatma Şahin Qaziantepin Düztepe məhəlləsində baş verən terror hadisəsi ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, terrorçuların Düztepeni seçməsi təsadüf deyil. “Onların bu məhlıəni seçməsi təxribat məqsədi daşıyır.Çünki Düztəpədə qədim məhəllədir və burada  hər yerdən gələn insanlar var, hətta Suriyadan gələn qaçqınlar, həmçinin kürdlər də məskunlaşıb. Terrorun belə mürəkkəb məhəllədə rellaşdırılması ciddi təxribatdan və fərqli niyyətdən  xəbər verir”-deyə, F.Şahin vurğulayıb.
Bələdiyyə başqanı baş verən terror hadisələrini FETÖ-nun 15 iyul başarısızlığından sonra Türkiyədə “B” planını bu formada həyata keçriməsi kimi dəyərləndirib. “FETÖ “B” planına əsasən  Türkiyənin cənub sərhədlərində Türk-Kürd, Ələvi-Sünni məzhəb  qarşıdurması yaradaraq ölkədə sabitliyi pozmaq istəyir. Artıq bununla bağlı əlimizdə informasiyalar da var”-deyə, o, qeyd edib.
Gununsesi.info