İranın xarici işlər naziri Abbas Əraqçi Bəndər-Hamir körpüsünə edilən hücumda üç mülki şəxsin öldüyünü açıqlayıb.
Gununsesi.info xəbər verir ki, o, qurbanların mülki şəxslər olduğunu və döyüşlərlə heç bir əlaqəsi olmadığını bildirdi.
“Onlar tamamilə günahsız idilər və biz heç vaxt onların qanının boş yerə tökülməsinə icazə verməyəcəyik. İran bizim vətənimizdir. Torpağımızın hər qarışını son nəfəsimizə qədər müdafiə edəcəyik”, – deyə Abbas Əraqçi “X” sosial media hesabında yazıb.
Daha əvvəl İran mediası ABŞ-nin İranın cənubundakı körpüyə endirdiyi zərbə nəticəsində yük maşını sürücüsünün öldürüldüyünü bildirmişdi.












